Juninyo: Dünyada 27-ci

Juninyo: Dünyada 27-ci

2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub. İFFHS-in açıqladığı cədvəldə 46 futbolçu yer alıb.

Siyahıya 35 qolla Çinin “Şanxay Port” klubunun oyunçusu Vu Lei başçılıq edir. Portuqaliyanın “Sportinq” klubunun fotvardı Viktor Qyökeres 33 qolla ikincidir. Perunun “Sportinq Kristal” klubunun hücumçusu Martin Kauterukkio 31 qolla ilk üçlüyü tamamlayır.

“Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo 22 qolla cədvəldə 27-cidir. O bu göstərici ilə Robert Levandovski və Vinisius Junioru geridə qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş”dan növbəti qələbə

Növbəti yazı

Tarixin 7-cisi