“Adanaspor”un baş məşqçisi dünyasını dəyişdi

“Adanaspor”un baş məşqçisi dünyasını dəyişdi

Türkiyə 1-ci liqa təmsilçisi “Adanaspor”un baş məşqçisi vəfat edib. Sol Bamba dünyasını dəyişib. 

O, 39 yaşında həyata gözlərini yumub. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Komandanın “Manisa” ilə matçından öncə çalışdırıcının səhhəti pisləşib. Mütəxəssis Manisa Celal Bayar Universitetinin xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.

Qeyd edək ki, Bamba baş məşqçi postuna bu ilin yayında təyin olunmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Haaland 4-cü pilləyə yüksəldi

Növbəti yazı

“Kəpəz”in baş məşqçisi bəlli oldu