Sürpriz kupon – 29.07.2024

Sürpriz kupon – 29.07.2024

Petrolul Ploiesti – Rapid Bucharest 2X
Rumıniya çempionatında mövsümə zəif başlayan komandalar üz-üzə gələcək. İlk 2 turda Buxarest klubu 2 xala sahib çıxıb. Meydan sahibləri isə 1 oyunda uduzub, 1 oyunda heç-heçəyə razılaşıb. “Rapid” son iki ildə bu rəqiblə bacarmır. Mövsümün əvvəlində heyətini tam komplektləşdirməyən “Petrolul” klubunun ən yaxşı halda heç-heçə edəcəyini düşünürəm.

Al Ahly Cairo – Ceramica Cleopatra ALT2.5
Misir Premyer Liqasında iki hakimiyyətlilik davam edir. 28-ci turda “Əl Əhli” zirvədə vahid lider ola bilər. “Əl Əhli”nin ehtiyatda 2 oyunu var. Bu mənada meydan sahiblərinin rahat mübarizə aparacağını düşünürəm. “Ceramica”nın daha çox müdafiədən oynayacağını fikirləşirəm. Məhz bu amilə görə ALT2.5 seçimi üzərində dayanıram.

Al Mokawloon – Al-Zamalek QOL/QOL
29 turdan sonra aşağı pillələrdə qərarlaşan meydan sahibləri autsayderlər qrupunu tərk etməyi bacarmır. “Al Mokawloon” xal ehtiyatını artırmasa Misir Premyer Liqasını tərk edəcək. Ötən tur doğma stadionda xal itirən “Zamalek”i səfərdə yalnız qələbə razı sala bilər. Hər iki tərəfin meydanda qolsuz ayrılmayacağı qənaətindəyəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 29.07.2024

Növbəti yazı

Dominqesdən uğurlu start