Millimiz finala vəsiqə qazandı

Millimiz finala vəsiqə qazandı

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti matçını keçirib. Yığmamız Kosovonun paytaxtı Priştinada keçirilən yarışın yarımfinal oyununa çıxıb.

Qrup mərhələsini üç qələbə ilə başa vuran yığmamız Kiprlə qarşılaşıb. Türkiyəli mütəxəssis Evren Alkayanın çalışdırdığı komanda uğurlu seriyasını davam etdirib. Millimiz kiprliləri 66:49 hesabı ilə məğlub edib. İkinci finalçı Kosovo ilə Albaniyanın duelində müəyyənləşəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyulun 28-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Fernandeşdən Olimpiya rekordu

Növbəti yazı

“Araz-Naxçıvan”dan növbəti transfer