Klublarımızın potensial rəqibləri müəyyənləşdi

Klublarımızın potensial rəqibləri müəyyənləşdi

Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Mərasim İsveçrənin Nyon şəhərində baş tutub.

Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olub. Təmsilçilərimizin II təsnifat mərhələsindəki cütləri qalibi ilə qarşılaşacağı duelləri tanıyıblar.

“Sabah”la Hayfa “Makkabi”sinin cütünun qalibi “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Bakı klubu israilliləri keçsə, növbəti raundun ilk matçında səfərdə oynayacaq.

“Zirə”nin “Dunayska Ştreda” ilə mübarizəsində sevinəcək tərəf “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Zirəlilər tur adlasa, növbəti raunda səfərdə başlayacaq.

“Sumqayıt”ın “Fehervar”la mübarizəsində qalib gələcək komanda “Omoniya” (Kipr) – “Torpedo” Kt (Gürcüstan) cütünün qalibi ilə görüşəcək. Sumqayıtlılar Macarıstan klubunu keçə bilsə, III təsnifat mərhələsinə səfərdə start verəcək.

Qeyd edək ki, üçüncü raundun matçları avqustun 8-də və 15-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Kasemiro “Fənərbaxça”nın hədəfində

Növbəti yazı

Günün kuponu – 23.07.2024