“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan”dan yeni transfer

Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətinə yeni futzalçı qatıb. “Qırmızı-ağlar” bu dəfə millinin gənc oyunçusu İlham Alıyevlə anlaşıb.

O, qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. İlk dəfə bu il Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.

Qeyd edək ki, braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan Azərbaycan çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

ETOPAZ

Əvvəlki yazı

Emin Cəfərova növbəti təyinat

Növbəti yazı

Millimiz 29-cu pillədə