Premyer Liqada yeni mövsümün püşkü atıldı
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub.
Püşkatmada Premyer Liqanın 10 komandası iştirak edib. Mərasimdən sonra I turun cütləri dəqiqləşib.
I tur
“Araz-Naxçıvan” – “Qarabağ”
“Şamaxı” – “Sabah”
“Zirə” – “Səbail”
“Neftçi” – “Turan-Tovuz”
“Sumqayıt” – “Kəpəz”
Qeyd edək ki, çempionata avqustun 2-də start veriləcək.