“Səbail”dən yeni transfer

“Səbail”dən yeni transfer

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Dmitri Litvinlə müqavilə imzalayıb. Kiyev “Dinamo”sunun yetirməsinin son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olub.

28 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada “Metallist”, “Zarya”, “Olimpik”, Portuqaliyada “Aveş”, “Fefe”, “Real” (Keluş), Rusiyada “Akron”, “OİK Xabarovsk”, Farer adalarında “Klaksvik”in formasını geyinib.

Qeyd edək ki, Litvin Ukraynanın U-21 millisinin də şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”nin məşqçilər korpusu bəlli oldu

Növbəti yazı

Kadi Borqes “Ferentsvaroş”da