Sürpriz kupon – 16.10.2023

Sürpriz kupon – 16.10.2023

Lüksemburq – Slovakiya QOL/QOL
Slovakiya rəqibi 2 xal qabaqlamaqla ikinci pillədə qərarlaşıb. Lüksemburq bu oyunda uğur qazanarsa cədvəldə ciddi dəyişiklik edərək Slovakiyanın yerini tutacaq. Fikrimcə hər iki komanda hücum futbolu oynamaqla qol\qol seçimini doğruldacaq.

Cəbəllütariq – İrlandiya İrlandiya sıfırla qazanacaq
Autsayderlərin duelinə proqnoz vermək çətindir. İrlandiyanın yalnız 1 qələbəsi var. Meydan sahibləri 5 matçda qol vura bilməyib. Qapısında 17 qol izləyib. Sürpriz gözləmirəm və qonaqların qələbəsini seçirəm.

Azərbaycan – Avstriya QOL/QOL
Canni De Byazinin komandası Estoniya ilə görüşdə qələbə qazanmaqla əvvəlki məğlubiyyətləri unutdurmayıb. Qonaqlar məqsədinə çatıb. Ən azı ikinci yeri təmin edən Avstriya Bakıda maksimum gücü ilə oynamaya bilər. Buna görə heç-heçə sürpriz sayılmamalıdı.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 16.10.2023

Növbəti yazı

Emin Mahmudov: “İstəyirik ki, yaxşı nəticələrin davamı gəlsin”