“Barselona”da ayrılıq

“Barselona”da ayrılıq

“Barselona”da ayrılıq baş verəcək. Sergi Roberto klubu tərk edəcək.

O, komandada son mövsümünü keçirir. 31 yaşlı müdafiəçinin kataloniyalılarla müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Futbolçu ilə sözləşmənin müddəti uzadılmayacaq. Roberto Xavinin planlarına daxil edilməyib.

İspaniyalı karyerasını MLS və ya Səudiyyə Ərəbistanında davam etdirə bilər. Bildirilir ki, Amerika Liqasına keçmək variantı futbolçu üçün daha cəlbedicidir.

ETOPAZ

Əvvəlki yazı

Runi Ərəbistan klublarından imtina edib

Növbəti yazı

Qrinvud “Mançester Yunayted”ə dönmək istəmir