Messi “Toronto” ilə matçda meydanlara dönəcək

Messi “Toronto” ilə matçda meydanlara dönəcək

“İnter Mayami”nin hücumçusu Lionel Messinin durumuna aydınlıq gəlib. O, “Toronto” ilə MLS matçında meydanlara dönəcək.

Superulduzun bu görüşdə iştirak edəcəyi gözlənilir. Hücumçu meydana həm start heyətində, həm də ehtiyat oyunçular skamyasından daxil ola bilər.

Messi komandasının “Atlanta Yunayted”lə səfər (2:5) oyununda iştirak etməyib. Baş məşqçi Xerardo Martino argentinalının yoxluğunu əzələ yorğunluğu ilə əlaqələndirib.

ETOPAZ

Əvvəlki yazı

Martinez “İnter”də qalır

Növbəti yazı

Qvardiola ən yaxşını açıqladı