Günün kuponu – 07.09.2023

Günün kuponu – 07.09.2023

Qazaxıstan – Finlandiya QOL/QOL
Avro-2024-ün seçmə mərhələsinin matçlarına mərc etmək imkanı var. Qrup liderlərinin dueli maraqla gözlənilir. 4 turdan sonra hər iki komanda 9 xal toplayıb. Maraqlıdır ki, 2006-cı ildən sonra Qazaxıstan bu rəqibə qalib gələ bilməyib, bütün matçlarda məğlub olub.

Litva – Monteneqro 2
3 oyunda cəmi 1 xal toplayan Litva qrupda son pillədə qərarlaşıb. Monteneqro isə liderlərdən 3 xal geri qalır, aktivində 4 xal var. Səfərdə oynamasına baxmayaraq qonaqları favorit hesab edirəm. Fikrimcə Litva evdə sadəcə qol vurmaqla kifayətlənəcək.

Fransa – İrlandiya 1-ci hissə/Oyun nəticəsi
Fransa Qrup lideri Fransa maksimum xalla hamını qabaqlayır. İrlandiyanın bir qələbə sayəsində 3 xalı var. Meydan sahiblərinin qələbəsinə şübhəm yoxdur. Sadəcə qonaqların asan rəqib olmadığını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Vest Hem”də ciddi itki

Növbəti yazı

Sürpriz kupon – 07.09.2023