Noyer yaşıl meydanlara dönür

Noyer yaşıl meydanlara dönür

“Bavariya” düşərgəsində sevindirici hal baş verib. Komandanın qapıçısı Manuel Noyer məşqləri bərpa edib.

37 yaşlı qolkiper Münhen klubunun digər əlcək sahibləri ilə birlikdə hazırlıq keçib. Bu, Noyerin son 8,5 ayda qatıldığı ilk kollektiv məşqdir. Ötən ilin dekabrında ayağı sınan Manuel həmin vaxtdan məşqlərdən kənar qalmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da ayrılıq

Növbəti yazı

“Liverpul” Salaha əvəzləyici tapdı