Lavia “Çelsi”də
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirir. Klub “Sauthempton”un və Belçika millisinin yarımmüdafiəçisi Romeo Lavianın transferində prinsipial razılığa gəlib.
Keçidin məbləği 50 milyon funt-sterlinq və bonuslar olacaq. Müqavilə 7+1 sxemi üzrə imzalanacaq. Klublar son detalları bu gün həll edəcək. Sabah futbolçu tibbi müayinədən keçəcək.