Messi 3-cü oldu

Messi 3-cü oldu

Lionel Messi “İnter Mayami”nin tarixinin ən yaxşı bombardirləri siyahısına daxil olub. Argentinalı ulduz Liqalar kubokunun “Şarlott”la oyununda fərqlənib.

O, 4:0 hesablı qələbəyə 1 qolla töhfə verib. Messi yeni klubunda keçirdiyi 5 matçda 8 qol vurub. Dünya çempionu “İnter Mayami”nin tarixinin 3-cü bombardiri Robert Teylora çatıb. Mayamililərin ən yaxşı bombardiri isə Qonsalo İquayndır – 29 qol.

ETOPAZ

Əvvəlki yazı

Arrizabalaqa “Bavariya”dan imtina etdi

Növbəti yazı

PSJ onları heyətə daxil etmədi