“Çelsi”də 7 illik müqavilə
“Çelsi” heyətinə daha bir futbolçu qatıb. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
London təmsilçisi “Brayton”dan Robert Sançesi transfer edib. 25 yaşlı ispaniyalı qolkiperlə 7 illik müqavilə imzalanıb.
Sançes ötən mövsüm 25 oyun keçirib. O, 30 qol buraxıb.