Sürpriz kupon – 23.06.2023

Sürpriz kupon – 23.06.2023

“Balestier Khalsa” – “Qeylanq İnternational” – 1-ci hissə – 2

Meydan sahibi turnir cədvəlində rəqibindən 5 xal irəlidə olmasına və matçın favoriti sayılmasına baxmayaraq bu görüşdə sürpriz nəticə ola bilər. Bu fikri əsas da tərəflərin öz aralarındakı son oyunların nəticələləri möhkəmlədir: “Qeylanq İnternational” “Balestier Khalsa”ya qarşı son 4 matçın hamısında qələbə qazanıb. Bu oyunda qonaqların qələbəsinə inanıram. Hətta ilk yarının belə “Qeylanq”ın qələbəsi ilə bitəcəyini təxmin edirəm. 2.70 əmsal da bir tərəfdən “gəl-gəl” deyir.

“Brey Vonderers” – “Kerry” FC – YOX/QOL

Oyunun 2,5 üst əmsalı yüksək deyil -1,40. Amma bu ehtimal doğrulsa belə, məncə, bütün qolları bir komanda, daha dəqiqi “Brey Uonderers” vuracaq. 19 turda cəmi 12 qol vurub, əvəzində 54 top buraxan “Kerry”nin rəqib meydanında fərqlənəcəyinə inanmıram.

“Finn Herps” – “Vexford” – QOL/QOL

İrlandiya liqasında məhsuldar oyunlara heç də həmişə rast gəlinmir. Amma bu komandaların hər birinin çox qol buraxması fərqli düşünməyə əsas verir. “Finn Herps” 19 turda qapısından 39, “Vexford” isə 29 top buraxıb. Belə müdafiəsi olan komandaların duelində qarşılıqlı qollar gözləməyə dəyər.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 23.06.2023

Növbəti yazı

Tonali “Nyukasl”da