Maunta Londondan elçi

Maunta Londondan elçi

“Çelsi”nin futbolçusu Meyson Maunt karyerasını Londonun digər klubunda davam etdirə bilər. İngiltərə Premyer Liqasının lideri “Arsenal” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Onun zadəganlarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Tərəflər yeni anlaşma ilə bağlı razılıq əldə edə bilmir.

Bu üzdən 24 yaşlı futbolçunun satışı gündəmdədir. “Arsenal” da bundan yararlanmaq və futbolçuya elçi düşmək fikrindədir.

Qeyd edək ki, Maunt Premyer Liqada mövsümün 24 matçında 3 qol və 2 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

De Xea Mançesterdə qalacaq

Növbəti yazı

Berrettini “Masters”dən kənar qaldı