Avropa Liqasında pley-offa yekun vuruldu

Avropa Liqasında pley-offa yekun vuruldu

Avropa Liqasında pley-off başa çatıb. Mərhələnin cavab oyunlarından sonra 1/8 finalçılar bəlli olub.

“Yuventus”, “Sevilya”, “Sportinq”, “Bayer”, “Mançester Yunayted”, “Roma”, “Union” və “Şaxtyor” növbəti mərhələyə adlayıb. 1/8 finalın püşkü fevralın 24-də atılacaq. Pley-offun qalibləri qrupda 1-ci yer tutanlarla üz-üzə gələcək.

Avropa Liqası

Pley-off, cavab oyunları

23 fevral

“Midtulland” – “Sportinq” – 0:4 (ilk oyun – 1:1)

PSV – “Sevilya” – 2:0 (ilk oyun – 0:3)

“Nant” – “Yuventus” – 0:3 (ilk oyun – 1:1)

“Monako” – “Bayer” – 2:3, pen. 3:5 (ilk oyun – 3:2)

“Mançester Yunayted” – “Barselona” – 2:1 (ilk oyun – 2:2)

“Renn” – “Şaxtyor” – 2:1, pen. 4:5 (ilk oyun – 1:2)

“Roma” – “Zalsburq” – 2:0 (ilk oyun – 1:0)

“Union” – “Ayaks” – 3:1 (ilk oyun – 0:0)

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında 1/8 finalçılar müəyyənləşdi

Növbəti yazı

Qurban Qurbanov: “Geriyə yolumuz yoxdur”