Günün kuponu – 24.02.2023

Günün kuponu – 24.02.2023

“Mayns” – “Borussiya Münhenqladbax” QOL/QOL
Komandalar 21 oyundan sonra eyni sayda – 29 xal toplayıblar. Son iki oyununu qələbə ilə başa vuran “Mayns” rəqib qapılarından 6 top keçirib.
Münhenqladbax təmsilçisi son turda doğma divarlar arasında “Bavariya” üzərində qələbə qazandı – 3:2. Ondan əvvəl isə “Borussiya” “Herta”ya 1:4 hesabı ilə uduzmuşdu. Bir sözlə, hər iki komanda həm çox qol vurur, həm də müdafiədə problemlər yaşayır.
Ona görə də qol\qol variantı daha real görünür.

“Sparta Rotterdam” – “Utrext” QOL/QOL
“Sparta” 37 xalla 6-cı, “Utrext” isə 34 xalla 7-ci yeri tutur.
“Utrext” ötən həftə öz meydanında PSV ilə bərabərə qaldı – 2:2. Komanda son 3 oyunun hamısında qapısında qol görüb.
“Sparta” isə son turda “Ayaks” səfərində 4 cavabsız qol buraxdı. Bu komandalar arasında son 4 oyun ÜST 2,5 gəlib. Bu dəfə hər iki tərəfdən qol gözləyirəm.

“Varegem” – “Kortreyk” 1
“Varegem” 22 xalla təhlükəli zonadadır. Komanda yüksək liqada qalmaq üçün mübarizə aparır.
“Kortreyk”in də vəziyyəti o qədər yaxşı deyil. Onlar “Varegem”i 4 xal qabaqlayırlar.
“Kortreyk” son oyunda bu mövsüm özünə bənzəməyən “Anderlext”lə heç-heçə etdi – 2:2.
“Varegem” 5 oyundur qələbə qazanmır, lakin bu dəfə meydan sahobləri 3 xal üçün əllərindən gələni edəcəklər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Lovren millidən getdi

Növbəti yazı

Sürpriz kupon – 24.02.2023