Ruben Diaş bir ay oynamayacaq

Ruben Diaş bir ay oynamayacaq

“Mançester Siti” itki ilə üzləşib. Müdafiəçi Ruben Diaş bir ay müddətinə sıradan çıxıb.

Buna onun zədəsi səbəb olub. Portuqaliya millisinin futbolçusu DÇ-2022-nin İsveçrə ilə 1/8 final görüşündə (6:1) xəsarət alıb.

O, zədəli halda 1/4 finalın Mərakeşlə qarşılaşmasında da iştirak edib. Bu oyunda 0:1 hesabı ilə uduzan komanda mundialla vidalaşıb.

Qeyd edək ki, Diaş 2020-ci ildən “Mançester Siti”də çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

Hardendən rekord

Növbəti yazı

Di Mariya millidə qaldı