Kyellini “Yuventus”a qayıdır

Kyellini “Yuventus”a qayıdır

“Los Anceles”in müdafiəçisi Corcio Kyellini karyerasını bitirməyə hazırlaşır. 38 yaşlı futbolçunun yeni iş yeri də böyük ölçüdə məlumdur.

İtaliya millisinin sabiq üzvü uzun illər formasını geyindiyi və kapitanı olduğu “Yuventus”da rəhbər vəzifələrdən birini tutacaq. Prezident və vitse-prezidentin istefasından sonra rəhbər heyətində dəyişiklik edən Turin klubu Kyellinini də qaytarmaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.

ETOPAZ

Əvvəlki yazı

Fransa Tunisə, Argentina Polşaya qarşı

Növbəti yazı

Reşford 56 il sonra ilkə imza atdı