Premyer Liqa klubunda təyinat

Premyer Liqa klubunda təyinat

İngiltərənin “Bornmut” klubunda baş məşqçi təyinatı gerçəkləşib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Harri Onil baş məşqçi təyin olunub. 39 yaşlı mütəxəssislə 1,5+1 illik müqavilə imzalanıb.

O, bunadək baş məşqçi vəzifəsini müvəqqəti icra edirdi. 2021-ci ilin fevralından “Bornmut”da məşqçi kimi çalışan Onil avqustda istefaya göndərilən Skott Parkeri əvəzləyib. O, artıq komandanı 12 matça çıxarıb.

ETOPAZ

Əvvəlki yazı

Mahmudovdan het-trik, “Neftçi”dən qələbə

Növbəti yazı

Belçika uduzdu, Mərakeşdən sensasiya