“Qəbələ”dən qələbə, Sumqayıtda məhsuldar sülh
Azərbaycan Premyer Liqasında daha iki oyun keçirilib. XIII turun ikinci günü Bakıdan kənarda baş tutub. Dördüncü pillə üçün mübarizə aparan “Qəbələ” və “Zirə” əyalət klubunun meydanında qarşılaşıb. Ülvi İsgəndərovun 90+3-cü dəqiqədə meydanın mərkəzindən vurduğu top “Qəbələ”yə vacib üç xal qazandırıb.
Günə Sumqayıtda yekun vurulub. Qələbə həsrətində olan “Gənclik şəhəri” təmsilçisi liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 11 | 11 | 0 | 0 | 35-7 | 33 |
2 | Sabah | 12 | 10 | 1 | 1 | 28-10 | 31 |
3 | Neftçi | 12 | 8 | 1 | 3 | 24-12 | 25 |
4 | Qəbələ | 13 | 6 | 2 | 5 | 17-13 | 20 |
5 | Zirə | 13 | 6 | 1 | 6 | 15-21 | 19 |
6 | Turan Tovuz | 12 | 4 | 3 | 5 | 10-16 | 15 |
7 | Səbail | 12 | 2 | 4 | 6 | 11-17 | 10 |
8 | Kəpəz | 12 | 2 | 2 | 8 | 10-26 | 8 |
9 | Şamaxı | 13 | 1 | 4 | 8 | 8-21 | 7 |
10 | Sumqayıt | 12 | 0 | 4 | 8 | 2-17 | 4 |
Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) – 10 qol