“İnter”dən yeni müqavilə

“İnter”dən yeni müqavilə

“İnter” futbolçusu Edin Dzeko ilə yeni müqavilə imzalayır. İtaliya klubu hücumçunu heyətində saxlayacaq.

Milanlılar müqaviləsi mövsümün sonunda başa çatacaq 36 yaşlı forvardın xidmətində maraqlıdır. Artıq ona yeni anlaşma təklif olunub.

Bosniya və herseqovinalı oyunçu 2021-ci ilin yayından “İnter”də çıxış edir. O, cari mövsümün 18 matçında 6 qol vurub.

Qeyd edək ki, Dzekonun transfer qiyməti 4 milyon avro ilə dəyərləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Donçiçdən məhsuldar seriya

Növbəti yazı

“Qəbələ”dən qələbə, Sumqayıtda məhsuldar sülh