“Liverpul”un seriyası qırıldı

“Liverpul”un seriyası qırıldı

“Liverpul” Premyer Liqanın XIV turunda “Lids”ə uduzub. 1:2 hesablı məğlubiyyətlə mersisaydlıların evdəki seriyası qırılıb.

Yurgen Kloppun yetirmələri 2021-ci ilin martından “Enfild Roud”da çempionat matçında uduzmurdu. 29 oyunluq seriya çərçivəsində 22 qələbə və 7 heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, 12 oyundan sonra “Liverpul” turnir cədvəlində 9-cu pillədə yer alıb.

ETOPAZ

Əvvəlki yazı

Medvedev “ATP Finals”da

Növbəti yazı

Ter Ştegendən rekord