Daha 3 klub 1/8 finala vəsiqəni təmin etdi

Daha 3 klub 1/8 finala vəsiqəni təmin etdi

Daha üç klub Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Turnirin 1/8 finalına PSJ, “Benfika” və “Borussiya” yüksəlib.

Parislilər “Makkabi”dən (7:2), portuqallar isə “Yuventus”dan (4:3) güclü olub. Beləcə PSJ və “Benfika” növbəti mərhələyə adını yazdırıb.

“Borussiya” isə “Mançester Siti” ilə qolsuz heç-heçə edib. Bununla da Almaniya klubu pley-offa yüksəlib.

Qeyd edək ki, bunadək “Napoli”, “Bavariya”, “Çelsi” və “Real” 1/8 finala vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Leypsiq” ”Real”ı məğlub etdi, ”Yuventus” qrupda qaldı

Növbəti yazı

“Milan” 17 ildən sonra