“Liverpul”dan rekord müqavilə

“Liverpul”dan rekord müqavilə

“Liverpul” və “Standard Chartered” arasındakı müqavilə 2023-cü ildə başa çatır. Tərəflər yeni sponsorluq müqaviləsi bağlamağı düşünür.

Sözləşmənin uzadılacağı təqdirdə məbləğin iki dəfə artacağı gözlənilir. Hazırda bank hər il kluba təxminən 47 milyon avro ödəyir. Qarşılığında şirkətin adı “Liverpul” formalarında əks olunur. Yeni müqaviləyə əsasən, bu məbləğ 95 milyon avroya qədər yüksələ bilər.

İmzalanacağı təqdirdə bu sponsorluq müqaviləsi futbol tarixində rekord məbləğ olacaq. Klub rəhbərliyi də ilkə imza atmaq niyyətindədir.

ETOPAZ

Əvvəlki yazı

“Fulhem” “Mançester Siti”dən sonra ikinci oldu

Növbəti yazı

“Real”da ciddi itki