“Atletiko” Qrizmanı transfer edəcək

“Atletiko” Qrizmanı transfer edəcək

“Atletiko” bu yay Antuan Qrizmanı birdəfəlik satın almağı düşünür. Hazırda Madrid klubunun formasını geyinən hücumçunun hüquqları “Barselona”ya məxsusdur.

Dieqo Simeone Qrizmanın tam olaraq kluba məxsus olmasını istəyir. Mütəxəssis bu səbəbdən mövsümün sonunda müqavilədəki satın alma bəndini aktivləşdirə bilər.

Qeyd edək ki, Qrizman 2021-ci ilin avqustunda “Barselona”dan “Atletiko”ya qayıdıb. 31 yaşlı fransalı bu mövsüm La Liqada 16 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

İlin ən məhsuldar futbolçuları

Növbəti yazı

“Fulhem” “Mançester Siti”dən sonra ikinci oldu