Runenin ilk titulu

Runenin ilk titulu

Münhendə keçirilən turnir başa çatıb. 19 yaşlı Holqer Rune yarışın qalibi olub.

O, karyerasında ilk dəfə ATP seriyalı turniri titulla başa vurub. Rune finaldakı rəqibinin imtinası üzündən qalib adını qazanıb.

Botik van de Zandşulp birinci setin ortalarında mübarizəni dayandırıb. Buna sinəsində ağrılar hiss etməsi səbəb olub. Bu uğur Runeyə “Top-50”yə düşmək imkanı verəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 534 min 555 avro olub.

ETOPAZ

Əvvəlki yazı

Roberto “Barselona” ilə yeni müqavilə bağlayır

Növbəti yazı

“Kalyari” baş məşqçisini dəyişir