Burak Yılmaz Türkiyəyə dönəcək

Burak Yılmaz Türkiyəyə dönəcək

“Lill”in hücumçusu Burak Yılmaz mövsümün sonunda Türkiyəyə qayıdacaq. 37 yaşlı forvard bir müddət əvvəl “Qalatasaray”la ilkin razılığa gəlsə də, fikrini dəyişə bilər.

Çünki “Beşiktaş”dan sonra “Adana Demirspor” da millinin sabiq üzvünü heyətinə cəlb ermək arzusuna düşüb. Adana klubunun baş məşqçisi Vinçentso Montello veteran futbolçunun keçidində israrlıdır. Çalışdırıcının tələbindən sonra futbolçunun meneceri ilə danışıqlara start verilib.

Qeyd edək ki, Burak Yılmaz bu mövsüm 37 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Torresə daha bir müştəri

Növbəti yazı

Ranqnik həm millidə, həm də “Mançester Yunayted”də çalışacaq