Di Mariya A Seriyası yolunda

Di Mariya A Seriyası yolunda

Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər. PSJ-dən ayrılacağı dəqiqləşən yarımmüdafiəçinin xidmətində A Seriyası təmsilçisi maraqlıdır.

Belə ki, “Yuventus” cinah oyunçusu ilə müqavilə imzalamağa hazırdır. Argentinalı özü də qısamüddətli müqaviləyə (bir və ya iki il müddətinə) razılaşa və sözləşmənin sonunda Cənubi Amerikaya gedə bilər.

Bu mövsüm Di Mariya Liqa1-də 21 oyun keçirib və 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Bernardeskini komandada saxlamayacaq

Növbəti yazı

18 yaşlı gənc “Liverpul”un hədəfində