Kris Pol NBA tarixində 15-ci yerə yüksəldi

Kris Pol NBA tarixində 15-ci yerə yüksəldi

NBA-da pley-off mərhələsinin növbəti qarşılaşmaları keçirilib. Seriyanın ilk matçında “Finiks” “Nyu Orlean”ı məğlub edib (110:99).

“Suns”un müdafiəçisi Kris Pol oyunda 3 dəfə topu rəqibdən alıb və ümumi göstəricisini 259-a çatdırıb. Bu, ona “Yuta”nın əfsanəsi Karl Malona (259) çatmağa imkan verib. Pol pley-off top “oğurluğuna” görə NBA tarixində 15-ci yerdədir.

Qeyd edək ki, bu göstəricidə birinci yerdə “Leykers”dən LeBron Ceyms (454) qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Robinsondan klub rekordu

Növbəti yazı

“Mançester Siti” “Milan”ın oyunçusuna “elçi düşdü”