Ronaldodan daha bir ilk

Ronaldodan daha bir ilk

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Norviç”lə oyunda (3:2) het-trik edib. Bununla da, o, bir ilkə daha imza atıb.

Superulduz Premyer Liqada bir mövsümdə 15 qol vuran ilk 36 və daha yuxarı yaşlı futbolçu olub. Bu adı əldə etmək üçün ona çempionatda 26 oyun keçirmək kifayət edib.

Bundan əlavə, 37 yaş 70 günlüyündə Premyer Liqa matçında “Norviç”in qapısına üç dəfə qol vuran Ronaldo Teddi Şerinqemdən sonra çempionatda het-trik edən ən yaşlı futbolçu olub. Həmin vaxt ingilis 37 yaş 146 günlüyündə idi.

ETOPAZ

Əvvəlki yazı

Haalanddan rekord

Növbəti yazı

Günün kuponu – 18.04.2022