“Bavariya” futbolçusunu 15 milyona satır

“Bavariya” futbolçusunu 15 milyona satır

“Bavariya”nın futbolçusu Marsel Zabitser Almaniya klubunu tərk etməyə yaxındır. Bundesliqa təmsilçisi yarımmüdafiəçini satmağa qərar verib.

Baş məşqçi Yulian Naqelsmannla futbolçu demək olar danışmır. Klub rəhbərliyi Marseli yayda satmağı planlaşdırır.

Münhenlilər 28 yaşlı avstriyalı üçün 15 milyon avro tələb edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 6-cı quru oyun

Növbəti yazı

“Pelikans” tarixdə 4-cü oldu