“Lester”dən əzmkar, “Marsel”dən ikinci qələbə

“Lester”dən əzmkar, “Marsel”dən ikinci qələbə

Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “Lester” səfərdə PSV üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. İngiltərədə qolsuz heç-heçə edən “tülkülər” bununla da yarımfinala yuksəlib.

“Marsel” PAOK üzərində ikinci dəfə qələbə qazanıb. Fransada 2:1 hesabı ilə qalib gələn komanda rəqib meydanında 1 qola sevinib.

“Roma” “Bodo Qlimt”ə Norveçdəki məğlubiyyətin (1:2) əvəzini artıqlaması ilə çıxıb. 4:0 hesablı qələbədə Nikolo Zaniolo het-triklə pay sahibi olub.

“Feyenoord” “Slaviya” ilə cavab görüşündə də üç qol vurub. Öz meydanında 3:3 hesablı heç-heçə ilə kifayətlənən niderlandlılar Çexiyada qələbə əldə edib – 3:1.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.04.2022

Növbəti yazı

“Barselona” və “Lion”dan vida