Emeri karyerasında ilk dəfə

Emeri karyerasında ilk dəfə

“Vilyarreal” Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”nı iki oyunun nəticəsinə görə məğlub edib (1:0, 1:1). İspaniya klubu turnirin yarımfinalına adlayıb.

“Sarı dənizaltılar”ın baş məşqçisi karyerasında ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. İspaniya klubu isə 2005/2006 mövsümündən sonra ilk dəfə bu mərhələyə vəsiqə qazanıb.

“Vilyarreal” baş məşqçi Unay Emerinin rəhbərliyi altında 13 oyundur ki, Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsində uduzmur. Ümumilikdə, “Vilyarreal”ın 9 qələbəsi və 4 heç-heçəsi var.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi

Növbəti yazı

“İnter”də daha bir ayrılıq