Arauxo “Barselona”da qalacaq

Arauxo “Barselona”da qalacaq

“Barselona”nın müdafiəçisi Ronald Arauxo qərarını verib. Uruqvaylı futbolçu Kataloniya klubu ilə yeni müqavilə imzalamağa razılaşıb.

Tərəflər arasında bu gün növbəti danışıq olub və anlaşma əldə edilib. 23 yaşlı mərkəz müdafiəçisi tezliklə rəsmi sazişə qol çəkəcək. İspanlar daha əvvəl ona illik 5 milyon avro maaş təklif etsə də, sonradan bu məbləği artırıb. Müqavilənin detalları barədə məlumat verilməsə də, müddətin 2026-cı ilin yayına qədər olması gözlənilir.

Qeyd edək ki, Ronald Arauxo “Barselona”ya 2018-ci ildə ölkəsinin “Boston River” klubundan keçib.

ETOPAZ

Əvvəlki yazı

Mane Cerrardı qabaqladı

Növbəti yazı

“Yuventus”un Milenkoviç planı