Günün kuponu – 20.03.2022

Günün kuponu – 20.03.2022

“Tottenhem” – “Vest Hem” – 1

“Tottenhem” rəqibin 3 gün əvvəl Avroliqada keçirdiyi ağır 120 dəqiqədən maksium yararlanmalıdır. Hər iki komandanın 48 xalı var. “Tottenhem” bir oyun rəqibdən az keçirib. Birinci dövrədə “Vest Hem” evdə 1:0 qalib gəlib. Bu dəfə isə Kontenin komandası favorit satılır. Fikrimcə, azarkeş dəstəyindən də maksimum faydalanacaq “Tottenhem” matçı qələbə ilə bitirəcək.

“Real” – “Barselona” – qol/qol

Bütün dünyanın maraqla gözlədiyi növbəti el klassiko! “Real” 66 xalla La Liqada liderlik edir. Ən yaxın izləyicisi “Sevilya”dan 10 xal irəlidədir. “Kral Klubu” qolların sayında da hamını qabaqlayır. “Barsa”nın La Liqada startı yaxşı alınmadı. Məşqçi dəyişikliyindən sonra özlərinə gəlib, cədvəlin 3-cü pilləsinə qalxıblar. Hər iki komandanın məhsuldar oyununu nəzərə alıb qol-qol variantına üstünlük verirəm.

“Kadis” – “Villareal” – 2

“Kadis” cədvəlin 18-ci pilləsində qərarlaşıb. Ev oyunlarında cəmi 1 qələbəsi var.Ümumi 28 oyun, 4 qələbə, 12 heç-heçə, 12 məğlubiyyət. Rəqib “Villareal”da isə 28 oyun, 12 qələbə, 9 heç-heçə, 7 məğlubiyyət. “Villareal”ın əhval ruhiyyəsi yüksəkdir.Çempionlar Liqasında güclü “Yuventus” üzərində 3:0 hesablı qələbə ilə turu adlayıblar. La Liqada Avropa zonasına düşmək üçün qələbə onlara çox lazımdır. Məncə, bunu bacaracaqlar.

“Mister X”dən ən son “Günün Kuponu”

Mr. X

Əvvəlki yazı

Şventek 10-a çatdı

Növbəti yazı

Sürpriz kupon – 20.03.2022