“Mançester Yunayted” oyunçusunu satdı

“Mançester Yunayted” oyunçusunu satdı

“Mançester Yunayted” yarımmüdafiəçisi Andreas Pereyra ilə birdəfəlik yollarını ayırıb. “Qırmızı şeytanlar” 26 yaşlı orta sahə oyunçusunu “Flamenqo”ya satıb.

Braziliya klubu icarə əsasında komandada çıxış edən milli üzvünün transfer hüquqlarına yiyələnib. Pereyra bu gün komanda ilə yeni uzunmüddətli müqavilə bağlayacaq. Anlaşmaya əsasən, “Mançester Yunayted” “sambaçı”nın növbəti satışından 25 faiz alacaq. İngiltərə klubunun bu transferdən qazandığı məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Andreas Pereyra 2021-ci ilin yayında bir mövsüm üçün 1 milyon avroya icarəyə götürülüb.

ETOPAZ

Əvvəlki yazı

“Real”da iki ayrılıq

Növbəti yazı

Barti zirvədə, Kontaveytdən yüksəliş