1/4 final cütləri müəyyənləşdi

1/4 final cütləri müəyyənləşdi

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. 1/8 finalda “Barselona”nı məğlub edən “Atletik”i daha bir çətin sınaq gözləyir.

Bilbao təmsilçisi yarımfinala vəsiqə uğrunda bu ay İspaniya Superkubokunun finalında məğlub olduğu “Real”la üz-üzə gələcək. Qarşılaşma Bilbaoda baş tutacaq. Digər cütlüklərdə “Real Sosyedad” “Betis”i, “Valensiya” “Kadiz”i, “Rayo Valyekano” isə “Malyorka”nı qəbul edəcək. Bu mərhələnin oyunları fevralın 2-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”də 2 illik müqavilə

Növbəti yazı

Premyer Liqa klubunda müqavilə