Günün kuponu – 30.12.2021

Günün kuponu – 30.12.2021

 “Bristol Siti”- KPR ALT2.5

Hər iki komanda son 2 turda qələbə qazana bilməyib. 23 oyunda 27 xal toplayan “Bristol Siti” təhlükəli zonaya düşməmək üçün qələbə qazanmağa borcludu. Maraqlıdır ki, bu komandaların son 4 görüşündə qonaqlar 3 xala sahib çıxıb. Fikrimcə ən düzgün variant ALT2.5 sayılmalıdı. 

“Mançester Yunayted” – “Börnli” – ÜST 2.5

Ardıcıl 7 oyun məğlub olmayan qırmızı şeytanlar görüşün aşkar favoritidi. “Börnli” autsayder olmasına baxmayaraq müdafiədə kifayət qədər yaxşı təsir bağışlayır. Qonaqların meydanı qolsuz tərk etməyəcəyin düşünürəm. Buna görə məhsuldar oyun gözləyirəm.

“Portu” – “Benfika” – QQ

Yeni il ərəfəsində Portuqaliya çempionatında iki günlü klubun dueli baş tutacaq. Çempionatın lideri “Portu” 41 xalla lider mövqeyindədir. 4 xal geri olan “Benfika” 3-cü sıradadır. Bu oyun turnir cədvəlində lideri dəyişə bilər. Ardıcıl 7 oyun “Benfika” “Portu”ya qalib gələ bilmir. Bu oyunlardan 5-də “Portu” qələbə qazanıb, digərləri heç-heçə yekunlaşıb. Qol\qol seçimi daha çox şanslıdı.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Samantadan karyerası ilə bağlı qərar

Növbəti yazı

Sürpriz kupon – 30.12.2021