NBA-da yeni rekord

NBA-da yeni rekord

NBA-da yeni rekord qeydə alınıb. Müntəzəm çempionatın yalnız 1/3 hissəsi arxada qalsa da, artıq 541 basketbolçu meydana çıxıb.

Bunadək ən çox oyunçunun iştirak etdiyi mövsümdə 540 nəfər şans qazanıb. Rekordun qeydə alınması koronavirus pandemiyası ilə bağlıdır.

Belə ki, NBA karantinə alınan oyunçuların əvəzinə 10 günlük müqavilələrə icazə verib. Artıq 214 basketbolçu karantinə düşüb. Onlardan 201-i dekabrda, 170-i son iki həftədə bu durumla üzləşib.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan üçqat maaş təklifi

Növbəti yazı

La Liqa klubunda baş məşqçi dəyişikliyi