Günün kuponu – 25.12.2021

Günün kuponu – 25.12.2021

“Zamalek” – “Ghazl El Mahalla” – 1

Misir futbolunun ən köklü klublarından olan “Zamalek”i əzəli və əbədi rəqibi olan “Əl Əhli”den cəmi 2 xal ayırır. Lider əgər bu tur xal itirsə, fransız məşqçi Patrik Karteronun başçılıq etdiyi “Zamalek” zirvəyə yüksələ bilər. Fikrimcə, Qahirə təmsilçisi bu şansı qaçırmaz.

“Əl Sədd” – Əl Xor” – 2,5 üst

“Əl Sədd” Qətər Liqasında inamla liderlik edir. Komanda çempionatın başlayandan qazandığı ardıcıl 7 qələbədən sonra nəhayət, ötən tur izləyicisi “Əl Duhail”le matçda xal itirdi (3:3). İndi lider bu itkinin acığını 12 komanda arasında sonuncu yerdə qərarlaşan “Əl Xor”dan çıxa bilər. 9 oyuna 36 qol vuran Xavinin sabiq komandasından böyük hesablı qələbə gözləyirəm. Hələ heyətdə “Villareal” və “Arsenal”dakı oyunu ilə tanınmış Santi Kazorla, “Marsel”, “Vest Hem” və “Fənərbağça”dan tanıdığımız Andre Ayew kimi ulduzlar varsa, “qol yağışı”na şübhəm yoxdur.

“Bney Şaxnin” – “Makkabi Hayfa” – 2,5 üst

2 və 3-cü sıralarda yer alan komandaların duelində qonaqlar aşkar favorit göstərilir. Amma “Bney Şaxnin” öz meydanında azı bir qol vuracaq potensialdadir. Ümumiyyətlə, bu komandalar demək olar hər oyun qol vurdugundan, öz aralarındakı son 3 matçın hər birində 3 qol qeydə alındığından bu görüşün 2,5 üst bitəcəyinə daha çox inanıram.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Alkarasdan sıçrayış

Növbəti yazı

Sürpriz kupon – 25.12.2021