Premyer Liqanın ən bahalıları, Ronaldonun qiyməti düşdü

Premyer Liqanın ən bahalıları, Ronaldonun qiyməti düşdü

İngiltərə Premyer Liqasının ən bahalı futbolçularının siyahısı açıqlanıb. Məhəmməd Salah (“Liverpul”), Romelu Lukaku (“Çelsi”) və Harri Keyn (“Tottenhem”) çempionatın ən bahalı oyunçularıdır.

Onların hər üçünün transfer dəyəri 100 milyon avrodur. Keynin qiyməti əvvəlki ilə müqayisədə 20 milyon aşağı düşüb.

İlk “beşlik”də Brunu Fernandeş (“Mançester Yunayted”) və Kevin de Breyne (“Mançester Siti”) 80 milyon təşkil edir.

Kriştiano Ronaldonun transfer dəyərində də dəyişiklik olub. Portuqaliya millisinin və “Mançester Yunayted”in hücumçunun qiyməti 35 milyon avro olub. Əvvəlki siyahıda portuqaliyalının dəyəri 45 milyon idi. 36 yaşlı oyunçunun qiyməti 10 milyon düşüb.

ETOPAZ

Əvvəlki yazı

“Everton”un oyunu təxirə salındı

Növbəti yazı

Delorye yenidən “Miluoki”də