İki federasiyaya yeni prezident seçildi

İki federasiyaya yeni prezident seçildi

Azərbaycanda daha iki federasiyada prezident seçkiləri keçirilib. Öncə Azərbaycan Güləş Federasiyasında (AWF), ardınca Azərbaycan Badminton Federasiyasında (ABF) hesabat-seçki konfransı baş tutub.

Hər iki tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov güləş federasiyasına prezident seçilib. O, 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışan Namiq Əliyevi əvəzləyib.

Badminton federasiyasının yeni rəhbəri isə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olub. O, qurumun prezidenti postunda Mikayıl Cabbarovu əvəzləyib.

ETOPAZ

Əvvəlki yazı

Zlatko Daliçlə yeni müqavilə

Növbəti yazı

“Leypsiq”də yeni baş məşqçi