“Barselona” 5 futbolçusunu satacaq

“Barselona” 5 futbolçusunu satacaq

“Barselona” mövsümün sonuna qədər heyətində islahatlar aparacaq. İspaniya klubu yeni transferlərə yer açmaq niyyətindədir. Həm transferə pul ayırmaq, həm də maaş limitini pozmamaq üçün rəhbərlik yüksək məvacib alan bəzi oyunçularının gedişinə qarşı deyil.

Bu siyahıda Sergio Dest, Klemen Lanqle, Ronald Arauxo, Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçular var. La Liqa təmsilçisi sərfəli məbləğdə pul təklifi alarsa, adıçəkilən oyunçularından vaz keçə bilər.

ETOPAZ

Əvvəlki yazı

“Denver”də yeni müdafiəçi

Növbəti yazı

Premyer Liqada ən yaxşı adına namizədlər