7 milyonluq transfer
Braziliya yığmasının futbolçusu Arturun yeni klubu müəyyənləşib. 20 yaşlı müdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
“Amerika” klubunun üzvü “Bayer”ə keçəcək. Almaniya təmsilçisi Braziliya klubu ilə razılıq əldə edib.
Bu keçid üçün 7 milyon avro ödəniləcək. Artur Bundesliqa klubuna yayda qoşulacaq.
Qeyd edək ki, müdafiəçi Braziliya yığmasında martın 25-də Mərakeşlə görüşdə (1:2) debüt edib.