600-cü qol
Robert Levandovski yubiley qolunu vurub. O, karyerasında 600-cü dəfə fərqlənib.
“Barselona”nın polşalı hücumçusunun yubileyi “Vilyarreal”la La Liqa matçına təsadüf edib. 3:0 hesablı qələbəyə iki qolla töhfə verən forvard 600-ə çatıb.
O, XXI əsrdə 600 qol vuran üçüncü futbolçudur. Levandovskiyə qədər yalnız Kriştiano Ronaldo və Lionel Messi bunu bacarıb.