“Sakramento”da iki vida
“Sakramento” iki basketbolçusu ilə vidalaşıb. Klub rəhbərliyi Nerlens Noel və Nemiaş Ketu ilə vidalaşıb.
Bu, Caveyl Makqinin transferindən sonra gerçəkləşib. Kaliforniyalılar həmin mövqedəki oyunçuları ilə vidalaşmağa üstünlük verib.
Caveyl “Dallas”da keçirdiyi ötən mövsümün 42 matçında orta hesabla 4,4 xal, 2,5 ribaund və 0,6 blok-şotla yadda qalıb. Yeni transfer Makqi NBA-nın üçqat çempionudur. O, “Qolden Steyt” (2017, 2018) və “Leykers”də (2020) uğur qazanıb.